İrakli Kobaxidze - Saakaşvilinin ləyaqət hüququ heç bir şəkildə pozulmayıb, tibb işçilərinin Saakaşvili ilə necə davrandığına, eləcə də onun tibb işçilərinə münasibətdə necə davrandığına şahid oldunuz
İrakli Kobaxidze - Saakaşvilinin ləyaqət hüququ heç bir şəkildə pozulmayıb, tibb işçilərinin Saakaşvili ilə necə davrandığına, eləcə də onun tibb işçilərinə münasibətdə necə davrandığına şahid oldunuz

 

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Mixeil Saakaşvilinin ləyaqət hüququnun heç bir şəkildə pozulmadığını bildirib.

O, 2012-ci ildən sonra vəziyyətin dəyişdiyini və bu gün insanlara fərqli münasibət göstərildiyini, hüquqlarının qorunduğunu qeyd edib.

“Onun yerləşdirildiyi iki otaqlı palatanı gördünüz. Tibb işçilərinin Saakaşvili ilə necə davrandığına, eləcə də onun tibb işçilərinə münasibətdə necə davrandığına şahid oldunuz. Bu, 2012-ci ildən sonrakı vəziyyətdir. Bu kadrlarda ortaya çıxdı. 2012-ci ilə qədər istər kamera, istərsə də xəstəxana palatası nəyə bənzəyirdi, insanlara necə davranırdılar. Sabiq nazirlərdən biri yada salırdı ki, onları xəstəxanadan drenajla həbsxanaya aparıblar, insan haqlarından siz mi danışırsınız?. Məhbusun hansı şəraitdə olduğunu, tibb işçiləri ilə necə davrandığını və tibb işçilərinin onunla necə davrandığını gördünüz, hansı hüquqlardan danışırsınız. İnsan hüquqlarının pozulduğunu deyirsiniz, adicə olaraq dəyərləndirin harada pozuntu var ?, harada pozuntu yoxdur?. Bunu qiymətləndirmək hüququna malik olmalısınız. Ləyaqət hüququnun nə demək olduğunu məndən yaxşı bilmirsiniz . Mixeil Saakaşvilinin ləyaqət hüququ heç bir şəkildə pozulmayıb” – deyə İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.