İrakli Kobaxidze - Saakaşvili, Kezeraşvili, Qvaramia çoxlu cinayətlər törətmiş insanlardır
Ümumiyyətlə, Saakaşvili, Kezeraşvili, Qvaramia və digərləri ilə bağlı müxtəlif qətnamələrdə tapa biləcəyimiz istənilən müsbət qeyd, əlbəttə ki, bizim üçün Gürcüstanın ən yaxın tarixinin bir növ yenidən yazılması mənasına gəlir, bunlar bir çox cinayətlər törətmiş insanlardır-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.
Onun sözlərinə görə, “sözü gedən şəxslər haqqında siyasi kontekstdə danışmaq qətiyyən yolverilməzdir”.
“Belə qətnamələri dəstəkləyən şəxslər Kezeraşvilinin rüşvətxor olduğuna, ən ağır cinayətləri törətdiyinə və cinayət törətməkdə davam etdiyinə dair konkret sübutlar aldılar. Bu dəfə artıq avropalı pensionerlərə qarşı. Məncə bu, çoxları üçün olduqca yaxşı dərs olacaq”-deyə Kobaxidze açıqlayıb.