İrakli Kobaxidze - Saakaşvili 600 gün boyunca ölürdü, tanrıya şükürlər olsun bu 600 gün keçdi və o, artıq ölmür, Strasburq məhkəməsi artıq ölməməsi qərarında kömək etdi
Saakaşvili 600 gün boyunca ölürdü, tanrıya şükürlər olsun bu 600 gün keçdi və o, artıq ölmür- bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidzenin dediyi kimi, polşalı həkimlərin Saakaşvilinin yanına buraxılması ilə bağlı etiraz aksiyalarının heç bir qiyməti yoxdur.
“Saakaşvilinin 600 gün boyunca öldüyünü xatırlayırsınız. Tanrıya şükürlər olsun, 600 gün keçdi, o, artıq ölmür. Strasburq məhkəməsi ona artıq ölməməsi barədə qərar verməyə kömək etdi, bu olduqca yaxşıdır. Yekun olaraq bu aksiyaların heç bir qiyməti olmayacaq”- deyə İrakli Kobaxidze açıqlayıb.