İrakli Kobaxidze - Rusiyanın revanşist xarici siyasəti təhlükəsizlik üçün ən əsas çağırışdır
İrakli Kobaxidze - Rusiyanın revanşist xarici siyasəti təhlükəsizlik üçün ən əsas çağırışdır

Gürcüstanın işğal olunmuş ərazilərində insan haqqları durumu kifayət qədər ağırdır, suveren ölkələrin ərazilərinin sürünən və kəskin işğalı, Rusiyanın apressiv hərəkətlərini əks etdirir, – bu barədə Parlamentin sədri İrakli Kobaxidze Batumidə, NATO-nun Parlament Assambleyasının 97-ci seminarında nitqlə çıxış edərkən bəyan etdi.

İrakli Kobaxidzenin qeyd etdiyinə, bu ilki seminarın mövzusu cəlbedicidir, çünki Qara Dəniz bölgəsi və onun təhlükəsizliyi heç bir zaman bu qədər əhmiyyətli olmayıb.

“Keçən il Gürcüstan NATO-nun Parlament Assambleyasına – Gürcüstan parlamentinin NATO ilə əlaqələrə həsr olunan seminara ev sahibliyi etdi. Biz bu tədbiri fəxr ilə xatırlayırıq və  ümid edirik ki, bizim NATO-nun Parlament Assambleyası ilə əməkdaşlığımız daha da möhkəmləndiriləcək. Bu ilki seminarın mövzusu həqiqətən cəlbedicidir. Qara Dəniz bölgəsi və onun təhlükəsizliyi heç bir zaman bu qədər əhmiyyətli olmayıb”, – Kobaxidze bəyan etdi.