İrakli Kobaxidze - Rusiyada bizim həmvətənlərimiz də yaşayır və onların da Gürcüstana daxil olmaqda marağı var, bundan irəli gələrək sərhədi bağlamaq düzgün olmaz
Rusiyada bizim həmvətənlərimiz də yaşayır və onların da Gürcüstana daxil olmaqda marağı var, bundan irəli gələrək sərhədi bağlamaq düzgün olmaz -bu barədə parlament çoxluğunun lideri İrakli Kobaxidze bildirir.
Bununla yanaşı, Kobaxidze dövlət qurumlarının vəziyyətə nəzarət etmək üçün məsuliyyət daşıdığını bildirib və qeyd edib ki, vəziyyət əvvəldən axıra qədər nəzarətdədir.
“Əlbəttə, Rusiyada yaşayan və Gürcüstandan gedən insanların maraqlarını qorumaq bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Bütün məsələlər ölçülüb-biçilməlidir, bu, dövlət qurumlarının işidir və onlar məsuliyyətlə işləyirlər. Ölkənin milli təhlükəsizlik maraqları qorunub və gələcəkdə də sona qədər qorunacaq. Sərhədin bağlanmamasının əsas səbəblərindən biri həmvətənlərimizin Rusiya Federasiyasında yaşaması və onların da Gürcüstana daxil olmaqda maraqlı olmasıdır. Bundan irəli gələrək, sərhədin bağlanması düzgün olmaz və bu insanların mənafeyinə xələl gətirər. Bundan əlavə, nəzərə alınmalı olan çoxlu məsələlər var. Ölkənin təhlükəsizliyinə problem yaranmayacaq, vəziyyət nəzarət altındadır” – deyə İrakli Kobaxidze bildirib.