İrakli Kobaxidze - Rusiya ilə aramızda deokupasiya ilə bağlı qırmızı xəttlər var
Rusiya ilə aramızda deokupasiya ilə bağlı qırmızı xəttlər var, – bu barədə bəyanatı parlamentin sədri İrakli Kobaxidze Birinci Kanalın “Həftənin müsahibəsi” adlı verlişinə qonaq olduğu zaman verdi.
İrakli Kobaxidze qeyd etdi ki, Gürcüstanın baş naziri Arçil Tatunaşvilinin cəsədinin gətirilməsi ilə bağlı prosesə fəal şəkildə qoşulub. Parlamentin sədri ümid etdi ki, yaxın günlərdə bu proses başa çatacaq.
Onun dediyinə görə, Gürcüstanın Rusiya ilə “praqmatik və sakit siyasəti”, ölkənin apardığı və Qərb dostlarının dəstəklədiyi kursdur.
“Eyni zamanda, bizim qırmızı xəttlərimiz var, hansılar ki, deokupasya ilə bağlıdır və hər bir vətəndaş ölkənin ərazi bütövlüyünün bərpası ideyasına qarşı vəfalıdır.
Qırmızı xəttlər Qərblə inteqrasiyayı nəzərdə tutur. Müvafiq olaraq da, bizim mövqeyimiz çox möhkəmdir və bu istiqamətdə işimiz davam edir” – dedi parlamentin sədri.