İrakli Kobaxidze - Rusiya Haaqaya əgər hansısa dəlili apara bilərsə, bu "Milli Hərəkətın" imzaladığı qətnamədir
Rusiya Haaqa Məhkəmsinə əgər hansısa dəlili apara bilərsə, bu, bütün “Milli Hərəkətın” 2008-ci ildə imzaladığı qətnamədir və burada söhbət ağır şeylərdən gedir, – bu barədə parlamentin sədri, İrakli Kobaxidze “Avropa Gürcüstanı”-nın prezidentliyə namizədi, David Bakradzenin bəyanatına şərh verərkən bəyan etdi.
“Bunu nə cür imzalaya bilərsən və sonra başqasını bu barədə danışdırasan. Bu mənim üçün anlaşılmazdır. “Milli Hərəkətın” o zamanlar etdiyi, cinayətin üstünə cinayətin artırılması idi. Xəyanətə, xəyanətin artırılması idi. Bundan ağır cinayəti Gürcüstanda heçkim törətməz. Ölkənin ərazilərinin işğalı və ölkədə minlərlə qaçqın, məhz elə bunun nəticəsidir”, – Kobaxidze bəyan etdi.
Onun dediyinə görə, “Avropa Gürcüstanı”-nın məlumatı yalandır və bunu dəlillərlə təsdiq edəcəklər.