İrakli Kobaxidze - rus bəyanatlarını şərh etmək mənim işim deyil, bizim öz siyasətimiz var və bu prioritetlərə əməl edirik
İrakli Kobaxidze - rus bəyanatlarını şərh etmək mənim işim deyil, bizim öz siyasətimiz var və bu prioritetlərə əməl edirik

 
Ümumiyyətlə, rus bəyanatlarını şərh etmək mənim işim deyil, bizim öz prioritetlərimiz var-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Serqey Lavrovun bəyanatı ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Kobaxidzeyə Serqey Lavrovun “Avropa İttifaqı Rusiyanı Cənubi Qafqaz və Mərkəzi Asiyadan çıxarmağa nail olmayacaq”-deyə verdiyi bəyanatı ilə bağlı sual ünvanlanıb.

“Bizim öz siyasətimiz var və biz bu prioritetlərə və siyasətə əməl edirik. Reaksiyaya ehtiyac olan yerdə, Xarici İşlər Nazirliyinin reaksiyası var”- Kobaxidze bildirib.