Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqanla görüşüb. Məlumatı Hökumət Administrasiyası yayır.
Qurumdan verilən məlumata əsasən, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq məsələlərinin geniş spektri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
“Qeyd olunub ki, Gürcüstan demokratik islahatların gələcək tərəqqisinə, institutların gücləndirilməsinə və ölkənin demokratik inkişafına sadiqdir.
Tərəflər ölkələr arasında mövcud səmərəli əməkdaşlığı davam etdirməyə və daha da aktivləşdirməyə hazır olduqlarını təsdiqləyiblər” – məlumatda qeyd olunub.