İrakli Kobaxidze rəsmi səfərlə Azərbaycan Respublikasına gedəcək
İrakli Kobaxidze rəsmi səfərlə Azərbaycan Respublikasına gedəcək

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da rəsmi səfərlə Azərbaycan Respublikasına gedəcək.

Baş nazirin mətbuat xidmətinin yaydığı məlumat üzrə, Gürcüstan hökumətinin başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqulba sarayında təkbətək və geniş tərkibdə görüşlərdə qəbul edəcək, bundan sonra da liderlər mətbuata açıqlamalar verəcəklər.

Rəsmi səfər çərçivəsində Gürcüstanın Baş naziri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşəcək.

Gürcüstan nümayəndə heyəti Azərbaycanın ümummilli liderinin xatirəsini ehtiramla yad edəcək, “Əbədi məşəl” abidəsini əklillə bəzəyəcək. Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin tərkibinə birinci vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və xarici işlər naziri İlia Darçiaşvili daxildir.