İrakli Kobaxidze - reqlamentə əsasən, Vaxtanq Qomelauri parlament qarşısında çıxış edəcək, ictimaiyyətə ətraflı məlumat vermək üçün həm müxalifət, həm də çoxluqdan suallar veriləcək
İrakli Kobaxidze - reqlamentə əsasən, Vaxtanq Qomelauri parlament qarşısında çıxış edəcək, ictimaiyyətə ətraflı məlumat vermək üçün həm müxalifət, həm də çoxluqdan suallar veriləcək

Reqlamentə əsasən, Vaxtanq Qomelauri parlament qarşısında çıxış edəcək. Təbii fəlakətlə bağlı hər şey haqqında ictimaiyyətə ətraflı məlumat vermək üçün həm müxalifətdən, həm də çoxluqdan suallar veriləcək -deyə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib .

“Hökumətlə bağlı suallara gəlincə, hesab edirəm ki, bütün suallara cavab var, lakin təbii ki, müxalifətin istənilən nazirə interpelyasiya yolu ilə müraciət etmək hüququ var. Bu halda onlar Vaxtanq Qomelauriyə müraciət ediblər və təbii ki, praktikada tez-tez baş verdiyi kimi, reqlamentə əsasən, Vaxtanq Qomelauri parlament qarşısında çıxış edəcək. Təbii ki, həm müxalifət, həm də çoxluq tərəfindən suallar veriləcək ki, biz ilk növbədə fəlakət, xilasetmə əməliyyatı, fəlakət ətrafında cərəyan edən hadisələrlə bağlı ictimaiyyətə ətraflı məlumat verək”, – İrakli Kobaxidze bildirib.