İrakli Kobaxidze - Rəqiblərimiz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qiymətləndirməsindən narazı qaldılar, onlar icmal hesabatı bəyənmədikləri üçün əsas müşahidə missiyasına qarşı çıxdılar
Rəqiblərimiz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərlə bağlı verdiyi qiymətləndirmədən narazı qaldılar – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazir deyib ki, rəqiblər icmal hesabatı bəyənmədikləri üçün əsas müşahidə missiyasına qarşı çıxdılar.
“Seçki prosesində beynəlxalq müşahidəçilərin rolu çox mühüm idi. Seçki prosesini müşahidə edən bütün beynəlxalq müşahidəçilərə xüsusi təşəkkür etməliyik. Ələlxüsus, müşahidə prosesində xüsusi rolu olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna. Əsas missiya məhz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun missiyası idi. Biz gördük ki, rəqiblərimiz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərlə bağlı verdiyi qiymətləndirmədən narazı qaldılar. Biz tez-tez rəqiblərimizdən belə bəyanatlar eşidirik ki, söhbət avropalı tərəfdaşlardan gedirsə, orada hətta tənqid belə yolverilməzdir. Bu halda rəqiblərimiz icmal hesabatı bəyənmədikləri üçün birbaşa əsas müşahidə missiyasına, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna qarşı çıxdılar. Mən izləyirdim, müxalifət kanalları müvafiq mətbuat konfransını ortada dayandırdılar, seçkilərlə bağlı müsbət qiymətləndirmədən o qədər narazı qaldılar” – baş nazir bildirib.