İrakli Kobaxidze - radikal müxalifətin qütbləşmə dərəcəsini azaltmaq istəyini görsək, seçki həddinin aşağı salınmasına marağımız artacaq
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze seçki baryeri ilə əlaqədar açıqlama verərək, depolarizasiyanın seçki həddinin aşağı salınması ilə bağlı müzakirələr üçün əsas amil olaraq götürüləcəyini bildirib.
Kobaxidze sonda hər şeyin qütbləşmə dərəcəsindən asılı olacağını bildirib.
“Radikal müxalifətin ölkədə qütbləşmə dərəcəsini azaltmaq istəyini görsək, belə olan halda, təbii ki, bizim seçki həddinin aşağı salınmasına marağımız artacaq. Əks halda, təbii ki, biz dövlət sabitliyinə, sistemin dayanıqlığına daha çox diqqət yetirməliyik və belə hallarda daha yüksək hədd məqsədəuyğundur. Sonda hər şey yenə də konkret məqamda qeydə alınacaq qütbləşmə dərəcəsindən asılı olacaq”- deyə İrakli Kobaxidze bildirib.