İrakli Kobaxidze – Radikal müxalifətin artıq dövlətin gücünü təhdid etmək imkanı yoxdur, hakim komanda milli maraqları qoruyur, şadam ki, bu nəticələrə öz töhfəmi vermişəm

17:12, 17.01.2022

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze sosial şəbəkədə partiya sədri kimi bir illik fəaliyyətinə yekun vurur.

Kobaxidzenin fikrincə, özünüidarə seçkilərində qalib gəlməklə “Gürcü arzusu” öz legitimliyini daha da gücləndirib.

“Dünən, yanvarın 16-da “Gürcü Arzusu”nun sədri olmağımdan düz bir il keçdi. Bir ildən sonra bizdə belə nəticələr var: süni siyasi böhran arxada qaldı, yerli özünüidarə seçkilərində inamlı qələbə qazandıq, “Gürcü arzusu” öz legitimliyini daha da gücləndirdi; Ölkənin layiqli Baş naziri, layiqli parlament sədri, layiqli paytaxtın meri və heç vaxt olmadığı qədər birləşmiş hakim komandası var.

Lideri layiqli cəza çəkən radikal müxalifət son dərəcə zəifləyib və artıq dövlətin gücünü təhdid etmək imkanı yoxdur; Hakim komanda milli maraqları, dövlət və parlamentin suverenliyini qoruyur, hökumət ikirəqəmli iqtisadi artımı təmin edib. Bu nəticələrin əldə olunmasında partiya sədri vəzifəsindən öz töhfəmi verdiyimə görə şadam”, – Kobaxidze sosial şəbəkədə yazıb.

Oxşar