İrakli Kobaxidze - radikal müxalifət vaxtaşırı niyyətini biruzə verir, Zurab Caparidze də onların yeganə məqsədinin Gürcüstanda ikinci cəbhə yaratmaq olduğunu ağzından qaçırdı
İrakli Kobaxidze - radikal müxalifət vaxtaşırı niyyətini biruzə verir, Zurab Caparidze də onların yeganə məqsədinin Gürcüstanda ikinci cəbhə yaratmaq olduğunu ağzından qaçırdı

 
Radikal müxalifət müharibə ritorikasının sərfəli olmadığını gördü, onların yeganə məqsədi Gürcüstanda ikinci cəbhə yaratmaqdır-deyə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

Kobaxidze bildirib ki, hakim komandanın müxalifətdən fərqli gündəliyi var və o, sülhü qorumaqdır.

“Radikal müxalifət müharibə ritorikasının sərfəli olmadığını gördü və vaxtaşırı niyyətlərini biruzə verirlər. Zurab Caparidze radikal müxalifətin yeganə məqsədinin Gürcüstanda ikinci cəbhə yaratmaq olduğunu ağzından qaçırdı. Biz bu yolla gedə, onların gündəminə əməl edə bilmərik. Bizim tamamilə başqa məqsədlərimiz var və bu, ölkədə sülhü qorumaqdır”-deyə Kobaxidze bildirib.