İrakli Kobaxidze - radikal müxalifət istəmir ki, 12 bənd yerinə yetirilsin, onlar rekomendasiyaların yerinə yetirilməsinin sabotajını həyata keçirirlər
Radikal müxalifət istəmir ki, 12 bənd yerinə yetirilsin, bu onların mövqeyidir, – bu barədə “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze bəyan etdi.
Onun dediyinə görə, müxalifətin bir hissəi 12 bəndin yerinə yetirilməsinin sabotajını həyata keçirir.
“Bu onların yanaşmasıdır. Bundan irəli gələrək, biz müxalifət nümayəndələrinin əksəriyyətinin konstruktiv mövqe tutacağına ümid etmirik, lakin baxaq. Ümid edirik ki, şuranın qalan üzvlərini seçə biləcəyik. Üç üzvü artıq seçilib. Ümid edirik hər beş üzv seçiləcək. Bu, 12 bəndin yerinə yetirilməsi baxımından əhəmiyyətlidir. Baxaq, proses necə davam edəcək”, – Kobaxidze qeyd etdi.