İrakli Kobaxidze - "Qirçi"ni yalnız bir şey narahat edir, gəlir mənbəyini itirdilər, ordudan yayınma ilə pul qazanırdılar və artıq buna imkanları yoxdur
İrakli Kobaxidze - "Qirçi"ni yalnız bir şey narahat edir, gəlir mənbəyini itirdilər, ordudan yayınma ilə pul qazanırdılar və artıq buna imkanları yoxdur

 
“Qirçi”ni yalnız bir şey narahat edir, gəlir mənbəyini itirdilər-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.

O, “Qirçi”nin üzvlərinin “Müdafiə Məcəlləsi”nin qəbul edilməməsi ilə bağlı subyektiv səbəbləri olduğunu, lakin dəyişikliklərin mütləq qəbul ediləcəyini bildirib.

“Ordudan yayınmaq üçün pul alırdılar, pul qazanırdılar, rüşvətlə məşğul olurdular və daha buna imkanları yoxdur. Bundan irəli gələrək, onların bu məcəlləni qəbul etməmək üçün subyektiv səbəbləri var, lakin dəyişikliklər mütləq qəbul ediləcək”-deyə Kobaxidze açıqlayıb.