İrakli Kobaxidze - Qələbə əzmi olan və qalib gələ bilən ən yaxşı komandaya sahibik , inanıram ki, Gürcüstan bu gün qalib gələcək
Qələbə əzmi olan və qalib gələ bilən ən yaxşı komandaya sahibik , inanıram ki, Gürcüstan bu gün qalib gələcək- Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu haqda videomüraciətində açıqlayıb.
O, sadiq azarkeşlərin futbol komandasını bir saniyə belə olsun tərk etmədiyini bildirib.
“Gürcüstan millisi ilk rəsmi oyununu düz 30 il əvvəl, 1994-cü ildə oynayıb. Komanda gözümüzün qabağında doğulub böyüyüb. Komandamızın atdığı hər addımı, hər qələbəni, ürəyimizdə arzunun reallaşması ümidini göstərən və bizi oyadan hər qolunu hamımız yaxşı xatırlayırıq. 30 il ərzində 14 dəfə dünyaya və Avropaya vəsiqə qazanmağa çalışdıq, hərçənd heç vaxt arzumuzu həyata keçirə bilməmişik, ancaq sadiq azarkeşlər futbol komandasını bir saniyə belə olsun tərk etməyiblər. Gürcü futbolunun geninə və onların bizim arzumuzu nə vaxtsa həyata keçirəcəklərinə və yeni 13 mayın olacağına dair oğlanlarımıza inamımızı heç vaxt itirməmişik. İndi bu arzumuzun həyata keçirilməsindən bizi yarım addım uzaqlaşdırır. Qələbə əzmi olan və qalib gələ bilən ən yaxşı komandaya sahibik. İnanıram ki, bu gün oğlanlar ürəklərini və ruhlarını qələbəyə qoyacaqlar və futbol tarixinə yeni səhifə yazacaqlar. İnanıram ki, Gürcüstan bu gün qalib gələcək” – baş nazir açıqlayıb.
Gürcüstan millisi Avropa çempionatının pley-off mərhələsinin finalında Yunanıstanla qarşılaşacaq. Canlı reportajı Gürcüstanın Birinci Kanalı sizlərə təqdim edəcək.