İrakli Kobaxidze - Qaxariyanın komandasının maliyyələşdirilməsi barəsində konkret məlumatım yoxdur, "Gürcü Arzusunun" heç bir nümayəndəsi deməyib ki, kimsə onu maliyyələşdirir
İrakli Kobaxidze - Qaxariyanın komandasının maliyyələşdirilməsi barəsində konkret məlumatım yoxdur, "Gürcü Arzusunun" heç bir nümayəndəsi deməyib ki, kimsə onu maliyyələşdirir

Maliyyələşdirilmə barəsində konkret məlumatım yoxdur. Yeganə, nəyi də hamımız görürük, onu hansı televiziyalar piyarlaşdırırlar, bu aydındır. Bundan irəli gələrək, bunun müəyyən şübhələri gərginləşdirməsi mümkündür, – bu barədə “Gürcü Arzusu” partiyasının sədir, İrakli Kobaxidze Giorgi Qaxariyanın komandasının maliyyələşdirilməsi barəsində yayılan məlumar barəsində söhbət edərkən bəyan etdi.

Elə onun dediyinə görə, “Gürcü Arzusunun” heç bir nümayəndəsi deməyib ki, kimsə onu maliyyələşdirir.

“Bu cür heç bir ittihamı xatırlaya bilmirəm. Biz heç bir zaman heç kimi belə bir şeydə ittiham etməmişik. Kimsə kimisə maliyyələşdirisə və bu barədə biliriksə, deyirik. Lakin “Gürcü Arzusunun” heç bir nümayəndəsi deməyib ki, kimsə onu maliyyələşdirir”, – Kobaxidze bəyan etdi.

Kobaxidze deyir ki,”Gürcü Arzusunun” məqsədidir ki, yerli seçkilərdə əhalidən Parlament seçkilıəri təqdirində olduğundan çox dəstək alsın.

“Hansısa xüsusi resursları gözləmirik. Bundan irəli gələrək, bizim konsentrasiyamız gündəm üzərində olmalıdır. Bizim özümüzün məqsəd və hədəfimiz var. Bu məqsəd odur ki, 2020-ci il Parlament seçkilərində olduğu kimi təkrar edək və biraz artıq qazanaq. Bunun üzərində olacaq konsentrasiyamız və başqa partiyalara deyil. Başqa partiyalar öz kampaniyalarını həayta keçirə bilərlər”, – Kobaxidze qeyd etdi.