İrakli Kobaxidze - Qaxaria öz partiyasında bir çox insanı qəzəbləndirib, özünə düşmən edib, başqalarına pul atır və hətta partiya üzvünü belə borca salırsansa, orada siyasi uğurdan danışmaq yersizdir
Qaxaria öz partiyasında bir çox insanı qəzəbləndirib, özünə düşmən edib. Partiyadan çıxan və bu barədə açıqlama verməyən şəxslərdən biri bizimlə görüşdü və ölkə miqyasında onun pul borcu olmayan ofis qalmadığını söylədi. Hər şeyi bir kənara qoyaq, adi pul atandır-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidze belə bir şəraitdə Qaxarianın partiyasını bir-birinin ardınca insanların tərk etməsinin təəccüblü olmadığını söyləyib.
“Bu, yekun olaraq bəhsi keçən subyektin siyasətdə hər hansı uğur əldə etmək üçün heç bir resursu olmadığından xəbər verir. Başqalarına pul atır və hətta partiya üzvünü belə borca salırsansa, təbii ki, orada siyasi uğurdan danışmaq yersizdir. Bu insan seçkidən əvvəl partiya üzvlərinə avtomobil, mənzil aldırıb və sonra atıb, seçkidən sonra pulu üçqat qaytaracağını vəd edib, sonra da atıb. Partiyada belə insanları necə dayandıra bilər. Bu mövzularla bağlı bizim çox geniş məlumatımız var” – deyə İrakli Kobaxidze açıqlayıb.