Irakli Kobaxidze - Psevdo-liberal qüvvələr var, hansılar ki, Gürcüstanın və ABŞ-ın qüvvədə olan iqtidarları ilə mübarizə aparırlar və NDI-ın Tbilisi ofisinin rəhbərliyi bunun bariz nümunəsidir
Irakli Kobaxidze - Psevdo-liberal qüvvələr var, hansılar ki, Gürcüstanın və ABŞ-ın qüvvədə olan iqtidarları ilə mübarizə aparırlar və NDI-ın Tbilisi ofisinin rəhbərliyi bunun bariz nümunəsidir

Beynəlxalq təşkilat “Freedom House”-un hesabatından oxunur ki, onu hazırlayan müəlliflər, iqtidara qarşı tendensiyalı yanaşmaları olan gürcü qeyri-hökümət təşkilatlarıdır, hansılar ki, xüsusi qeyri-kompetentliklə fərqlənirlər – bu barədə bəyanatı parlamentin sədri İrakli Kobaxidze, bugün keçirdiyi brifinqdə verdi.

Onun dediyinə görə, ABŞ-ın və Gürcüstanın qüvvədə olan iqtidarları ilə mübarizə edən psevdo-liberal qruplar mövcuddur.

“Bu qüvvələrin mövcudiyyətinin ən gözəl ilyustrasiyası isə, NDİ-ın Tbilisi ofisinin rəhbərliyidir” – dedi İrakli Kobaxidze.

Onun dediyinə görə, qeyd olunan qüvvələrin apardıqları mübarizənin liberalizm və liberal dəyərlərlə, bu sözün klassik mənasında, heç bir əlaqəsi yoxdur.

“Bizim iqtidarımız Gürcüstanın yaxın tarixinin ən liberal iqtidardır, çünki biz həqiqi demokratiyaya dayanırıq, hansının əsas prinsipləri hüquqi hökümət, insan hüquqlarının qorunması və vətəndaş bərabərliyidir. Eyni zamanda, milli dəyərlərimizlə, milli mənsubiyyətimizlə və gürcü kilsəsi ilə mübarizə aparan psevo-liberalizm bizim üçün qeyri-məqbuldur” – dedi İrakli Kobaxidze.

Onun dediyinə görə, demokratik prosess Gürcüstanda mütləq davam edəcək və ölkədə tamamən Avropa sisteminin formalaşdırılmasını təmin edəcək.