İrakli Kobaxidze - prinsip etibarilə bütün sənədlərdə milli maraqlarımızla bağlı mesajların yüksək səslə ifadə olunması vacibdir
Bizim üçün prinsip etibarilə bütün sənədlərdə milli maraqlarımızla bağlı mesajların yüksək səslə ifadə olunması vacibdir – bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.
İrakli Kobaxidzenin qeyd etdiyi kimi, milli vəzifə de-okupasiyadır və gürcü nümayəndə heyətinin təşəbbüsü ilə Reykyavik sammiti ilə əlaqəli qətnamə layihəsinə Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalının beynəlxalq hüququn pozuntusu olmasına dair dəyişiklik
məhz bununla əlaqəlidir.
“Təşəbbüsümüzün Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsi tərəfindən paylaşıldığına görə minnətdarıq. Bu gün biz Almaniyanın xarici işlər nazirinin çıxışında, eləcə də aktual məsələlərə toxunulacaq sual-cavab sessiyasında iştirak edəcəyik. Almaniya xarici işlər nazirinin regionumuzda inkişaf edən hadisələrlə bağlı, o cümlədən Ukraynada gedən müharibə ilə bağlı mövqeyi çox maraqlıdır. Müvafiq olaraq biz bu çıxışı böyük maraqla gözləyirik”- deyə Kobaxidze açıqlayıb.