İrakli Kobaxidze - prezidentin addımlarının institusional böhrana təkan verməsi faktdır, bu səbəbdən veto aşılmalıdır
İrakli Kobaxidze - prezidentin addımlarının institusional böhrana təkan verməsi faktdır, bu səbəbdən veto aşılmalıdır

 

Bizim əsas vəzifəmiz Milli Bankda institusional böhran yaranmamasıdır. Qəbul etdiyimiz və indi vetonu aşmalı olduğumuz qanun buna xidmət edir-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.

O, prezidentin veto hüququnun mütləq aşılacağını bildirib.

“Biz düşünürük ki, həm veto, həm də şura üzvlərinin namizədliyinin irəli sürülməməsi əslində süni böhranın yaranması ilə nəticələnəcək, qəbul etdiyimiz qanun məhz bunun qarşısını almağa xidmət edir. Mən Gürcüstan Prezidentinin hansı maraqlarla hərəkət etməsi barədə danışmaq istəmirəm. Ancaq prezidentin bu addımlarının məhz institusional böhrana təkan verməsi faktdır, bunun da qarşısını almağı hədəfləyirik. Bütün hallarda süni şəkildə böhran yaranmaması üçün veto aşılmalıdır. Bizim üçün ən vacibi odur ki, Milli Bankda institusional böhran yaranmasın, bunun üçün veto aşılacaq” -deyə Kobaxidze açıqlayıb.