İrakli Kobaxidze - prezident radikal müxalifətin gündəmində o qədər aktiv iştirak edir ki, şərti olaraq Qriqoriadisin əfvi adlandırılan inqilabi proseslərə dəstək istiqamətində addım atacağını istisna etmirəm
İrakli Kobaxidze - prezident radikal müxalifətin gündəmində o qədər aktiv iştirak edir ki, şərti olaraq Qriqoriadisin əfvi adlandırılan inqilabi proseslərə dəstək istiqamətində addım atacağını istisna etmirəm

 
Salome Zurabişvili radikal müxalifətin gündəmində o qədər aktiv iştirak edir ki, şərti olaraq Qriqoriadisin əfvi adlandırılan inqilabi proseslərə dəstək istiqamətində açıq addım atacağını istisna etmirəm – bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze danışıb.

O, bu addımın Salome Zurabişvili ilə “Milli Hərəkat” arasında müttəfiqliyin ifşası olacağını bildirib.

“Müxalifət liderlərindən biri, yeri gəlmişkən Zurabişvili tərəfindən əfv edilən Qvaramia deyirdi ki, Zurabişvili Qriqoriadisi əfv etməlidir, bu, Dövlət Təhlükəsizliyi Xidmətindən eşitdiyimiz məlumatlarla birbaşa bağlıdır. Treninqlərdə gənclərə, gənclərin iştirakına əhəmiyyət verilib, gənclərin itirəcək heç nəyi olmadığı və s. barədə açıq şəkildə bəhs olunur. Bu sözləri serb “Kmara”lıların keçirdiyi təlimlərdən bu gün eşitdik. Təbii ki, bu bir ssenaridir – belə gənclərin iştirakı ilə hansısa ekstremist proseslərin planlaşdırılması. Salome Zurabişvili radikal müxalifətin gündəmində o qədər aktiv iştirak edir ki, şərti olaraq Qriqoriadisin əfvi adlandırılan inqilabi proseslərə dəstək istiqamətində açıq addım atacağını istisna etmirəm. Bu, Salome Zurabişvili ilə “Milli Hərəkat” arasında baş tutan müttəfiqliyin ifşası olacaq”- deyə İrakli Kobaxidze bildirib.