İrakli Kobaxidze - prezident radikal müxalifətin dünənki aksiyasının uğursuzluğa düçar olmasından incikliyini ifadə edib, onun bəyanatına başqa şərh verə bilmərəm
İrakli Kobaxidze - prezident radikal müxalifətin dünənki aksiyasının uğursuzluğa düçar olmasından incikliyini ifadə edib, onun bəyanatına başqa şərh verə bilmərəm

 

Onun ifadə etdiyi yeganə şey radikal müxalifətin dünənki aksiyasının uğursuzluğa düçar olmasından duyduğu inciklikdir. Sadəcə olaraq onların uğursuzluğundan inciyib- bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze prezidentin dünənki bəyanatını qiymətləndirərkən danışıb.

Kobaxidzenin sözlərinə görə, prezidentdən 12 bəndlik planda nəyi bəyənmədiyini soruşsalar, o, cavab verə bilməyəcək.

“Görünür, bununla o radikal müxalifətin dünənki aksiyasının uğursuzluğa düçar olmasından incikliyini bildirib, onun bəyanatına başqa ciddi şərh verə bilmərəm. Ondan soruşsanız ki, məsələn, bizim planımızı tənqid etməklə nə demək istəyirdi, o sizə cavab verə bilməyəcək, sizə heç nə deyə bilməyəcək. 12 bəndlik planı niyə bəyənmədiyini soruşa bilərsiniz, heç nə deyə bilmərəm. Onun ifadə etdiyi yeganə şey radikal müxalifətin dünənki aksiyasının uğursuzluğa düçar olmasından duyduğu inciklikdir. Sadəcə olaraq onların uğursuzluğundan inciyib”-deyə İrakli Kobaxidze bugünkü brifinqdə bildirib.

Gürcüstan prezidenti Salome Zurabişvili dünən öz “Facebook” səhifəsində yazıb ki, “Elan edilmiş Kobaxidzesayağı və radikal müxalifətin planlarının nə real milli konsensusla, nə də Avropanın namizədliyini almaq üçün zəruri olan fəaliyyət planı ilə heç bir əlaqəsi yoxdur”. Zurabişvilinin sözlərinə görə, xalqın Avropa ruhunun ifadəsi böyük gücdür, ölkənin ləyaqətini qoruyur və öz yolundan dönməməlidir.