İrakli Kobaxidze - Podolyak ikinci cəbhəni açmasaq, namizəd statusu ala bilməyəcəyimizi zənn edir, bu onun düşüncələridir, biz başqa hədəf və gündəmlə hərəkət edirik
İrakli Kobaxidze - Podolyak ikinci cəbhəni açmasaq, namizəd statusu ala bilməyəcəyimizi zənn edir, bu onun düşüncələridir, biz başqa hədəf və gündəmlə hərəkət edirik

 
Podolyakın arzusu dəfələrlə barəsində danışdığı ikinci cəbhənin açılmasıdır. O, Gürcüstanda ikinci cəbhə açılmasını istəyir -bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Mestiada jurnalistlərə açıqlayıb.

Kobaxidze Ukrayna prezidentinin administrasiyası rəhbərinin müşaviri Mixail Podolyakın “Gürcüstanın Avropa İttifaqına üzv olmaq üçün şansı belə yoxdur” deyə verdiyi bəyanatını şərh edib.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, Podolyak Gürcüstanda ikinci cəbhə açılmazsa, ölkənin namizəd statusu ala bilməyəcəyini zənn edir.

“İkinci cəbhəni açmasaq, namizəd statusunu ala bilməyəcəyimizi zənn edir. Bunlar Podolyakın fikirləridir. Biz başqa hədəf və gündəmlə hərəkət edirik. Gürcüstanda heç bir ikinci cəbhə açılmayacaq və biz namizəd statusunu alacağıq. Məqsədimiz budur” – deyə İrakli Kobaxidze bildirib.