İrakli Kobaxidze - Pensiya kreditləri ilə bağlı faiz dərəcəsi xeyli azalacaq, pensiyaçıların yükünü yüngülləşdirmək istədik, bunu "Liberty Bank" da bölüşdü
İstəyimiz pensiyaçıların yükünü yüngülləşdirmək idi, bu yanaşmanı kommersiya bankı olan “Liberty Bank” da bölüşdü, bunun üçün onlara bir daha minnətdarlığımı bildirmək istəyirəm-bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə açıqlayıb.
Baş nazir, pensiyaçıların və ümumilikdə həmvətənlərin vəziyyətini yüngülləşdirəcək istənilən addımın vacib olduğunu bildirib.
“Dünən görüşümüz oldu, Milli Bankın prezidenti vəzifələrinin icraçısına, eləcə də “Liberty Bank”ın rəhbərliyinə təşəkkür etmək istəyirəm, onların münasibəti olduqca konstruktiv idi. Mahiyyət etibarı ilə kommersiya məhsulu olsa da, “Liberty Bank”ın özü yüksək sosial məsuliyyət nümayiş etdirdi və məhz bunun hesabına biz pensiya kreditləri ilə bağlı faiz dərəcəsinin xeyli aşağı salınması ilə bağlı razılığa gələ bildik. Qalan detallara gəlincə, təfərrüatlar əlavə olaraq dəqiqləşdiriləcək və bununla bağlı bank özü ətraflı məlumat verəcək, məlumatı onlardan dinləyəcəksiniz. Bu gün Natia Turnava interpellyasiya qaydası ilə parlamentdədir, o da bu mövzudan ətraflı danışacaq və ümumilikdə istəyimiz pensiyaçıların yükünü yüngülləşdirmək idi, bu yanaşmanı kommersiya bankı olan “Liberty Bank” da bölüşdü. Pensiyaçılarımızın, həmvətənlərimizin vəziyyətini yüngülləşdirəcək istənilən addım çox vacibdir və bu addım da məhz bu ruhda atılıb” – deyə baş nazir açıqlayıb.