İrakli Kobaxidze - partiyanı tərk edənlərlə məsləhətləşmələr apardıq və prinsipial məsələlərlə bağlı vahid qərarlar veriləcək
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze partiyanı tərk edən deputatlarla məsləhətləşmələr apardıqlarını, buna əsasən onların prinsipial olaraq ümumi qərarları dəstəkləyəcəklərini bildirib.
Kobaxidze partiyadan gedənlərin parlament əksəriyyətində qaldığını və bunun da prinsipial məsələlərlə bağlı vahid qərarlar qəbul olunacağı mənasına gəldiyini bildirib.
“Biz onlarla məsləhətləşdik, o cümlədən olduqca prisipial olan bu mövzuda. Prinsipcə, 12 tövsiyə ətrafında qəbul ediləcək qərarlar, parlamentin qəbul edəcəyi qərarlar daxil olmaqla ümumi qərarları dəstəkləyəcəkləri ilə bağlı onların ümumi mövqeyini eşitdik. Bu bizim üçün vacibdir. Bununla bağlı məsləhətləşmələrimiz oldu. Biz birlikdə parlament əksəriyyətində qalırıq və bu o deməkdir ki, prinsipial məsələlərlə bağlı vahid qərarlar bu hərəkatın deputat nümayəndələri tərəfindən qəbul ediləcək” -deyə Kobaxidze bildirib.