İrakli Kobaxidze - partiya daxilində müzakirə edilməli olan məsələlər var, nələrisə partiyadan kənara çıxarmaq istəsə idim, mən də partiyadan gedərdim
Əksəriyyəti formatında bir çox şeylər barədə danışdığımız bir sıra görüşlərimiz olub, bu mövzuları partiyadan kənara çıxarmaq istəsə idim, mən də partiyadan gedərdim- bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.
Kobaxidze Sozar Subari, Dimitri Xundadze və Mixeil Ğavelaşvili tərəfindən partiyanın tərk edilməsi ilə bağlı verilən qərarı şərh edib.
“İçəridə danışdığımız bəzi şeyləri partiyadan kənara çıxarmaq istəmədiyim üçün eyni rejimdə qalacağam. Bir daha təkrar edirəm, bəzi məsələlər var ki, daxildə müzakirə olunmalıdır, nələrisə partiyadan kənara çıxarmaq istəsə idim, mən də partiyadan gedərdim, baş verənlər bundan ibarətdir”-deyə İrakli Kobaxidze bildirib.
Sozar Subari, Mixeil Ğavelaşvili və Dimitri Xundadze iyunun 28-də “Gürcü Arzusu” partiyasını və parlament vəzifələrini tərk ediblər, lakin parlamentdə deputat mandatlarını saxlayırlar. “Gürcü Arzusu”nun artıq sabiq üzvləri, ölkənin daxilində baş verən siyasi hadisələr, Avropa Birliyinə inteqrasiya ilə bağlı proseslər və ölkənin təhlükəsizlik riskləri barədə ictimaiyyətə daha çox məlumat verilməli olduğunu hesab edirlər. Sozar Subari, Dimitri Xundadze və Mixeil Ğavelaşvili dünən birgə bəyanat da yayıblar.