İrakli Kobaxidze - Parlamentin identliyinin möhkəmləndirilməsi üçün vacibdir ki, onun bir binası olsun və paytaxtda yerləşsin
Parlamentin identliyinin möhkəmləndirilməsi üçün vacibdir ki, onun bir binası olsun və paytaxtda yerləşsin, – Bu barədə bəyanatı Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze verdi.
Kobaxidzenin dediyinə görə, parlament binasının harada yerləşməsi gərəkdiyi ilə bağlı dəstədə diskussiya keçirildi və deputatların əksəriyyəti qanunverici orqanın Tbilisiyə gətirilməsini dəstəklədilər.
“Parlament sarayı sadəcə iş yeri deyil, ö həmçinin simvolik binadır və parlamentin identliyinin gücləndirilməsi üçün onun sadəcə bir binası olmalıdır və paytaxtda yerləşməlidir” – dedi İrakli Kobaxidze.
Hazırda Kutaisidə olan parlament Tbilisiyə 2019-cu ilin yanvar ayından gətiriləcək.