İrakli Kobaxidze Parlament çoxluğunun üzvləri ilə birlikdə, Şida Kartlidə "Gürcü Arzusunun" yerli təşkilatlarının qadın üzvləri ilə görüşdü
“Gürcü Arzusunun” sədri İrakli Kobaxidze, Parlament çoxluğunun üzvləri Nino Silosani, İrma Zavradaşvili, İrakli Mezurnişvili, Zaal Duqladze, iqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvili Şida Kartlidə “Gürcü Arzusunun” yerli təşkilatlarının qadın üzvləri ilə görüşdülər.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Qoridə Qori, Kaspi, Kareli və Xaşurinin yerli təşkilatların nümayəndələrinin iştirak etdiyi görüşdə, qadın təşkilatının təsis olunması müddətlərini müzakirə etdilər. Təsisçi qurultayın keçirilməsi ilə mövqelər razılaşdırıldı.
Msxeta-Mtianeti bölgəsinin yerli partiya təşkilatlarının nümayəndələrinin iştirakı ilə, bu gün ilk toplantı Mtsxetada keçirilldi.
Elə bu gün İrakli Kobaxidze və hakim partiyanın üzvləri Borcomidə Samtsxe-Cavaxeti bölgəsinin yerli təşkilatları ilə görüşəcəklər.