İrakli Kobaxidze - Pak və Müqəddəs təsdiq etdi ki, müqəddəs və vətənpərvər məqsədləri üçün mübarizə, qələbə ilə başa çatır
Unutmamalıyıq ki, gürcü kilsəsinin tarixi millətimizin mübarizəsi və qələbəni çoxəsrli tarixini əks etdirir. Bunu da əsaslı bilmək Gürcüstanın hər bir vətəndaşının borcudur, – bu barədə Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze “din və ictimai həyat” beynəlxalq konfransında nitqlə çıxış edərkən bəyan etdi.
İrakli Kobaxidzenin dediyinə görə, bü günki gün Gürcüstan tarixində ən əhəmiyyətli tarixinə – Gürcüstanın apostolik pravoslav kilsəsinin dayandırılmış avtokefal idarəçiliyinin bərpasının 100 illiyinə həsr olunur
Elə onun dediyinə görə, gürcü milləti üçün ən ağır dövrdə, gürcü kilsəsinin azad edilməsi, müstəqilliyimiz və milli azadlığın qaytarılmasının əsas qüvvəsinə çevirildi.
“Kilsə Gürcüstan tarixində həmişə xüsusi rol oynayırdı və gürcü dini şəxsləri dövlətçilik və azadlıq üçün mübarizədə həmişə ön xəttdə durudular. Tarixi hamımız yaxşı xatırlayırıq və bilirik ki, gürcü çarları gürcü dövlətini kilsə və xristian dəyərləri ətrafında biləşdirdilər. Məhz elə buna görə idi ki, gürcü dövlətçiliyinin pozulması və millətin sındırılması həmişə kilsə mübarizəsi ilə başlayırdı. İki əsr bundan əvvəl də belə oldu. 1811-ci ildə, Rusiya imperatoru Gürcüstan Kilsəsinin avtokefaliyasını ləğv etdi. Gürcü milləti 106 il ərzində, dini rəhbər – Katalikox-Patriarxsız yaşayırdı. Kilsə isə qanun pozuntusu ilə Rusiya Sinoduna tabe oldu. Kilsə müstəqiliyyi üçün mübarizə nəticəsini 106 ildən sonra verdi”, – Kobaxidze qeyd etdi.
Elə onun dediyinə görə, gürcü kilsəsi avtokefaliyasını bərpa etdi və İkinci Kirionu Katalikox-Patriarx seçdi, lakin kisilsə müstəqiliyyi üçün mübarizə bununla sona yetməyib.
Kobaxidzenin dediyinə görə, Pak və Müqəddəsin töfhə və xidmətləri barəsində bir çox şey demək olar və bunu yalnız gürcü xalqı deyil, bütün xristian aləmi yaxşı bilir.
“Pak və Müqəddəs həyat və fəaliyyəti ilə təsdiq etdi ki, gürcü milləti onun üçün ən dəyərli olan – inamın güzəştə getməsi ilə heç bir zaman barışmayacaq. Pak və Müqəddəs təsdiq etdi ki, müqəddəs və vətənpərvər məqsədləri üçün mübarizə, qələbə ilə başa çatır. Buna görə, bir gürcü və pravoslav xristian kimi Pak və Müqəddəsin qarşısında baş əymək istəyirəm. Unutmamalıyıq ki, gürcü kilsəsinin tarixi millətimizin mübarizəsi və qələbəni çoxəsrli tarixini əks etdirir. Bunu da əsaslı bilmək Gürcüstanın hər bir vətəndaşının borcudur”, – İrakli Kobaxidze bəyan etdi.