İrakli Kobaxidze - özünün geniş nüfuzu olan qlobal “müharibə partiyası”ndan söhbət gedirdi, lakin heç kim heç vaxt Qərb deməyib
İrakli Kobaxidze - özünün geniş nüfuzu olan qlobal “müharibə partiyası”ndan söhbət gedirdi, lakin heç kim heç vaxt Qərb deməyib

 
Özünün geniş nüfuzu olan qlobal “müharibə partiyası”ndan söhbət gedirdi, lakin heç kim heç vaxt Qərb deməyib-“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bu barədə suala cavabında deyib.

Kobaxidzeyə sual verilib, -“Cuanşer Burchuladze bildirib ki, 2021-ci ildən Avropa İttifaqı təhlükəsizliyimizin və səmanın qorunmasını maliyyələşdirir. “Gürcü Arzusu”ndan eşidirdik ki, Qərb ikinci cəbhə açmaq istəyir. Əgər Avropa İttifaqı bizim təhlükəsizliyimizin qayğısına qalırsa və milyonlarla sərmayə qoyursa, o zaman ikinci cəbhəni necə açmaq istəyərlər”.

“Heç kim Qərb deməyib. Özünün geniş nüfuzu olan qlobal “müharibə partiyası”ndan söhbət gedirdi, lakin heç kim heç vaxt Qərb deməyib. Müvafiq olaraq, bu, müxalifətin bəzən istifadə etdiyi spekulyasiyadır” – İrakli Kobaxidze açıqlayıb.