Irakli Kobaxidze - Opponentlərlə oturub ölkənin inkişafı haqqında müzakirə aparmalıyıq
Birinci kanalın analitiki Bakar Berekaşvili parlamentin sədrinə sual verdi ki, parlament iclaslarında etik interaksiyaların təmin edilməsi üçün nələr planlaşdırılır və artıq qrotesk halına gələn təhqirli ünsiyyətin qarşısı necə alına bilər.
Parlamentin sədri isə, cavab verdi ki, belə insindetlərin qarşısını alan mexanizmlər əslində yenədə mövcuddur.
“Hal-hazırda, parlamentdə nizam-intizamı tənzimləyən mandatur xidməti çalışır, ancaq hazırda etika məcəlləsi üzərində çalışırıq. Həmçinin parlamentdə etika komissiyası yaradılacaq, hansı ki, baş verən hər insindenti detallı şəkildə öyrənəcək. Bunun üçün bizə xarici partnyorlarımız da yardım edirlər”– dedi İrakli Kobaxidze.
“Moambe”-nin jurnalisti Teona Manaqadze, parlamentin sədrindən, parlamentə gələn baş nazirin deputata qarşı qeyri-senzur kəlimələrdən ifadə etməsi, parlamentin sədrinə də təhqir hesab edib-etmədiyini soruşdu. İrakli Kobaxidze isə, cavab olaraq bildirdi ki, həmin insindentlə bağlı baş nazir bəyanat verdi və ictimaiyyətdən üzr istədi və onun bəyanatından sonra, bu məsələ ilə bağlı əlavə şərh verməyi doğru hesab etmir.
“Əsas odur ki, aqressiv fon dəyişirilməlidir. Biz opponentlərimizlə oturub, ölkənin inkişafı haqqında danışa bilməliyik. Əlbəttəki, oponentlər tərəfindən təhqir dinləyib, adekvat reaksiya vermək çox çətindir, ancaq aqressiv fonun aradan qaldırılması üçün hər iki tərəf əlimizdən gələni etməliyik” – dedi Kobaxidze.