İrakli Kobaxidze - opponentlərimizin məhkəmə sisteminə siyasi təsirini bərpa etmək cəhdi var, əsas odur ki, bu prosesləri xarici tərəfdaşlar dəstəkləməsinlər
İrakli Kobaxidze - opponentlərimizin məhkəmə sisteminə siyasi təsirini bərpa etmək cəhdi var, əsas odur ki, bu prosesləri xarici tərəfdaşlar dəstəkləməsinlər

 

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze 2012-ci ildən sonra gürcü ədliyyəsində vəziyyətin əsaslı şəkildə dəyişdiyini və məhkəmə sisteminin siyasi təzyiqlərdən azad edildiyini bildirib.

İrakli Kobaxidzeyə “Xalqın Gücü” hərəkatının yaydığı bəyanatla bağlı sual verilib.

Kobaxidzenin açıqlamasına əsasən, opponentlərin məhkəmə sisteminə siyasi təsirini bərpa etmək üçün müəyyən cəhdlər var və əsas odur ki, bu prosesləri xarici tərəfdaşlar dəstəkləməsinlər.

“Məhkəmə sisteminə gəlincə, hamı bilir ki, 2012-ci ildən sonra gürcü ədliyyəsində vəziyyət əsaslı şəkildə dəyişib. 2012-ci ilə qədər ədliyyə sistemi tamamilə siyasi sistemin, Saakaşvili-Adeişvilinin siyasi nəzarəti altında idi. 2012-ci ildən sonra məhkəmə sistemi siyasi təzyiqdən, siyasi nəzarətdən azad edilib və əvvəlki təcrübələrdən fərqli olaraq, artıq əhaliyə qarşı reket və şantaj vasitəsi deyil. Ümumi mənzərə belədir və belə bir şəraitdə opponentlərimizin məhkəmə sisteminə siyasi təsirini bərpa etmək üçün müəyyən cəhdlər var. Əsas odur ki, bu proseslər bizim xarici tərəfdaşlarımız tərəfindən dəstəklənməsin, bu, bizim üçün prinsipial və vacib mövqedir”- deyə İrakli Kobaxidze qeyd edib.