İrakli Kobaxidze – Ölkəmizin ərazi bütövlüyünü dinc yolla bərpa etmək bizim milli arzumuzdur, səbirlə, ardıcıl və praqmatik siyasətlə biz bu məqsədə mütləq nail olacağıq

12:19, 19.09.2026

Ölkəmizin ərazi bütövlüyünü dinc yolla bərpa etmək bizim milli arzumuzdur, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məcburi köçkünlərə mənzillərin verilməsi tədbirində çıxışı zamanı bəyan edib.

Hökumət başçısının qeyd etdiyi kimi, səbirlə, ardıcıl və düzgün praqmatik siyasətlə bu məqsədə sonda nail olmaq mümkün olacaq.

“Biz bir an belə ən mühüm vəzifəmizi unutmuruq, bu da ərazi bütövlüyümüzün bərpasıdır. Sonda bizim əsas məqsədimiz odur ki, siz öz doğma yurdunuzda layiqli yaşayış sahəsi əldə edəsiniz və bu, hakimiyyətimizin əsas qayğısı olaraq qalacaqdır. Ölkəmizin ərazi bütövlüyünün sülh yolu ilə bərpası bizim milli arzumuzdur. Səbirlə, ardıcıl və düzgün praqmatik siyasətlə biz mütləq bu məqsədə sonda nail olacağıq”, – deyə İrakli Kobaxidze bildirib.

Oxşar