İrakli Kobaxidze - ölkəmizdə 1921-ci ildə sovet ordusuna peşkəş çəkmiş satqınlar da olub, bu gün də ətrafımız satqınlarla çevrələnib, 2008-ci ilin hadisələrinin təkrarlanması üçün hər şeyi edirlər
Bu gün bizə xatırladır ki, 1921-ci ildə Gürcüstanda Sovet Ordusuna peşkəş çəkmiş vətən xainləri də olub. Təəssüflər olsun ki, bu cür satqınlar bu gün də ətrafımızı çevrələyiblər -bu insanlar 2006-cı ildə Sxinvali bölgəsində alternativ qeyri-rəsmi seçkilər keçirməklə, 1990-cı ildə ləğv edilmiş Cənubi Osetiya Muxtar Vilayətinin sərhədlərini 2007-ci ildə bərpa etməklə, Kodori dərəsini Zemo Abxaziya adlandırmaqla, hərbi yolla Sxinvali bölgəsində konstitusiya nizamını qurmağa çalışmaqla və digər bütün bu addımlarla Rusiyanın Sxinvali bölgəsini və Abxaziyanı tam işğal etməsi üçün zəmin hazırladılar, bundan sonra Avropa Şurasının qətnaməsini dəstəkləməklə öz ölkələrini və hərbi qüvvələrini müharibə başlatmaqda və kaset silahları ilə bombalamaqda ittiham etdilər”-deyə “Gürcü Arzusu” partiyası sədrinin Sovet işğalı günü ilə bağlı bəyanatında qeyd olunub.
Onun sözlərinə görə, eyni adamlar bu gün Gürcüstanda 2008-ci ilin hadisələrinin təkrarlanması üçün hər şeyi edirlər.
“Məhz buna görə də onlar Gürcüstanın hərbi əməliyyatlarda iştirakını tələb edirlər. Məhz buna görə də onlar Rusiyaya qarşı sanksiyaların götürək iqtisadi nəticələrinin Rusiya üçün praktiki olaraq sıfıra bərabər, Gürcüstan və əhalimiz üçün isə çox ağır olacağını bilə-bilə bu ölkəyə qarşı sanksiya tətbiq edilməsini tələb edirlər. Məhz buna görə də bizə hər gün yeni təxribatlar təklif olunur ki, bunların əsl məqsədi ölkəmizin mövqelərini gücləndirmək və ya Ukraynaya kömək etmək deyil, öz ölkəmizə, xalqımıza zərər verməkdir. Onlar ölkəyə vurduqları zərərlə kifayətlənməlidirlər. Rasional siyasət yürütmək, ölkəmizin və xalqımızın rifahı naminə rasional qərarlar qəbul etmək bizim borcumuzdur” -deyə bəyanatda deyilir.