İrakli Kobaxidze - Ölkədə sakit mühit mövcuddur və bizim əsas marağımız 26 oktyabr da daxil olmaqla prosesləri sonadək belə aparmaqdır, əgər təxribatlar kiminsə maraqlarına uyğundursa, bu, kollektiv "Milli Hərəkat”dır
Bilirsiniz ki, ölkədə misli görünməmiş sakit mühit mövcuddur və bizim əsas marağımız 26 oktyabr da daxil olmaqla prosesləri sonadək belə aparmaqdır, əgər təxribatlar kiminsə maraqlarına uyğundursa, bu, kollektiv “Milli Hərəkat”ın özüdür – bu haqda baş nazir jurnalistin “Milli Hərəkat”ın üzvləri tərəfindən onların ofisinə hücuma görə “Gürcü Arzusu”nun fəallarının ittiham edilməsi ilə bağlı sualına cavabında deyib.
İrakli Kobaxidze bildirib ki, hər hansı əlamətlər varsa, sübut təqdim etməlidirlər və araşdırma aparılacaq.
Onun bəyanatına əsasən, ölkədə maksimum sülhün qorunması hakimiyyətin maraqlarındadır.
“Bu, qətiyyən bizim maraqlarımıza uyğun deyil. Müvafiq olaraq, hər hansı birimizin belə bir şey edəcəyini praktiki olaraq istisna edirəm. Əgər hər hansı əlamətlər varsa, sübut təqdim etsinlər və əlbətdə, araşdırma aparılacaq. Maksimum sülhü qorumaq bizim maraqlarımızdadır” – baş nazir bildirib.