İrakli Kobaxidze - ölkədə orta əmək haqqının müşahidə olunan artımı məhz iqtisadi artımın nəticəsidir
Üç il ərzində iqtisadiyyatımız dollar üzrə demək olar ki, iki dəfə artdı, lari üzrə 30 milyard lari artım oldu, bu, özlüyündə, təbii ki, ölkədə yayılır və əhalinin orta əmək haqqına, biznes dövriyyəsinin artmasına və s. təsir göstərir-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidze bildirib ki, iqtisadiyyat böyüdükdə bu, son nəticədə biznes sektorundan keçir.
“Baş nazir bu mövzularla bağlı ətraflı söhbət etdi. İqtisadiyyat böyüyəndə və üstəlik, bu il iqtisadiyyatın 30 milyard laridən çox artımından söhbət gedəndə bu, təbii ki, son nəticədə biznes sektorundan keçir və ümumilikdə əhalinin böyük bir hissəsi bundan bəhrələnir. Bunun nəticəsidir ki, bütövlükdə ölkədə orta əmək haqqında artım qeydə alınır. İnflyasiyaya gəlincə, baş nazirin hesabatında, o cümlədən inflyasiyadan danışılıb” – Kobaxidze açıqlayıb.