İrakli Kobaxidze -Hər dəfə işğal qanunu pozulanda, təbii ki, bizim müvafiq cavabımız olur
İrakli Kobaxidze -Hər dəfə işğal qanunu pozulanda, təbii ki, bizim müvafiq cavabımız olur

Hər dəfə işğal qanunu pozulanda, təbii ki, bizim müvafiq cavabımız olur – bu haqda jurnalistlərə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.

Hakim partiyanın sədrindən Rusiyanın iqtisadiyyat nazirinin işğal altındakı Abxaziyaya gəlişinə münasibət bildirməsi istənilib. Qeyd edək ki, Rusiyanın iqtisadiyyat naziri Abxaziyanın qondarma prezidenti Aslan Bjania ilə görüşüb.

“Hər dəfə işğal qanunu pozulanda, dövlət maraqlarımıza, beynəlxalq hüquq prinsiplərinə zidd hərəkətlər həyata keçirildikdə, təbii ki, müvafiq cavabımız olur. Bunun üçün mahiyyətcə Xarici İşlər Nazirliyi cavabdehdir və bu halda, əminəm ki, müvafiq cavab veriləcək”- Kobaxidze bildirib.