İrakli Kobaxidze - nümayəndə heyətimiz Avropa Şurası Parlament Assambleyasının sessiyasında aktiv iştirak edəcək, həmkarlarımızla müxtəlif mövzularda söhbət etmək üçün bu formatdan hər zaman istifadə edirik
Nümayəndə heyətimiz Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında aktiv iştirak edəcək, müxtəlif ölkələrdən olan həmkarlarımızla müxtəlif aktual mövzular, ölkəmiz üçün vacib məsələlər barədə danışmaq üçün bu formatdan hər zaman istifadə edirik – bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidze Avropa Şurası Parlament Assambleyası formatında 12 tövsiyənin və namizəd statusunun da müzakirə olunacağını bildirib.
“Bu, bizə daha çox müzakirə aparmağa imkan verən mühüm formatdır. Biz xeyli irəliləyiş əldə etmişik, iki məsələ var ki, üzərində işlər yekunlaşmalıdır, bu deoliqarxizasiya və məhkəmə mövzularıdır. Əlbətdə bütün bunları bu formatda həmkarlarımıza təqdim edəcəyik. Gürcüstanla bağlı məruzəçilərlə görüşəcəyik, onların bir müddət əvvəl dərc olunmuş hesabatı barədə danışacağıq. Onların dərc etdikləri hesabatı onlarla müzakirə edəcəyik. Bu hesabatla bağlı bir sıra şərhlərimiz var idi və fikirlərimizi onlarla bölüşəcəyik”-deyə Kobaxidze açıqlayıb.