İrakli Kobaxidze - Nino Lomcarianı "Milli Hərəkat"çı olmayan biri kimi təqdim etmək, həqiqətən, heyrətamizdir
Nino Lomcarianı “Milli Hərəkat”çı olmayan biri kimi təqdim etmək, həqiqətən, heyrətamizdir-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze danışıb.
“Nino Lomcaria tanınmış “Milli Hərəkat”çıdır və onu heç kimə neytral (orta) biri kimi sırımaq mümkün deyil, eyni sözləri onun sədrliyi ilə yaradılmış platformanın üzvlərinin əksəriyyəti üçün də demək olar”-deyə “Xalqın Gücü”nün bugünkü bəyanatı ilə bağlı Kobaxidzeyə sual ünvanlayıblar.
“Hər dəfə bu baş verir, həqiqətən də belə olub, daim “Milli Hərəkat”çıları onlardan biri olmayan biri kimi təqdim etməyə çalışırlar, bununla da seçki üçün ayrıca xəttlər yaradırlar. Qaxaria bunun nümunəsi oldu, bilmirəm daha kimdən bəhs edilirdi, lakin bu layihə uğursuz oldu, heç də maraqlı deyil. Lomcarianın “Milli Hərəkat”çı olmayan biri kimi təqdim edilməsinə gəlincə, bu, həqiqətən də heyrətamizdir, kimin belə şeylər planlaşdırması, sadəcə olaraq, təsəvvürolunmazdır”- İrakli Kobaxidze bildirib.