İrakli Kobaxidze - Ninia Kakabadze kimi namizədi heç arzu edə bilməzdik, müxalifət nə qədər laqeyd və nüfuzu taptalanmış namizədi irəli sürsə, hakim komanda ünçün bir o qədər yaxşıdır
İrakli Kobaxidze - Ninia Kakabadze kimi namizədi heç arzu edə bilməzdik, müxalifət nə qədər laqeyd və nüfuzu taptalanmış namizədi irəli sürsə, hakim komanda ünçün bir o qədər yaxşıdır

Müxalifət nə qədər laqeyd və nüfuzu taptalanmış namizədi irəli sürsə, hakim komanda ünçün bir o qədər yaxşıdır, – Parlamentin sədri, İrakli Kobaxidze Birinci Kanala ilə söhbətində, İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü olaraq Ninia Kakabadzenin namizədliyinin dəstəklənməsinə bu cür şərh verdi.

Kobaxidzenin bəyanatına görə, müxalifətdən Ninia Kakabadze kimi namizədi heç arzu edə bilməzdilər.

“Ninia Kakabadze kimi namizədi heç arzu edə bilməzdik, müxalifət nə qədər laqeyd və nüfuzu taptalanmış namizədi irəli sürsə, hakim komanda ünçün bir o qədər yaxşıdır”, –  İrakli Kobaxidze bəyan etdi.

İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü olaraq Ninia Kakabadzeni parlament bu gün təsdiq etdi. Səsvermə nəticələrinə görə, Ninia Kakabadzenin namizədliyini 55 deputat dəstəklədi, əleyhinə isə 12 deputat çıxdı.

Ninia Kakabadzeni parlamentə “Avropa Gürcüstanı” təqdim etdi.

 

Elə bu gün parlament ctimai Yayımçının Qəyyumlar Şurasının üzvü olaraq İzabella Osipovanı da təsdiq etdi.