İrakli Kobaxidze: Nikol Paşinyanı partiyasının seçkilərdə əldə etdiyi uğur münasibətilə təbrik edirəm. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün sıx əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində partiyasının qazandığı uğur münasibətilə təbrik edib. Bu barədə İrakli Kobaxidze sosial şəbəkədə paylaşım edib.
İrakli Kobaxidze X hesabında yazıb ki, iki ölkə arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsinə hazırdır.
“Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı partiyasının seçkilərdə əldə etdiyi uğur münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xalqlarımızın rifahı naminə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün sıx əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm”, – deyə İrakli Kobaxidze bildirib.