İrakli Kobaxidze Niko Lekişvilinin vəfatından kədərləndiyini bildirir
Gürcüstanın baş naziri İrakli Kobaxidze Niko Lekişvilinin vəfatından kədərləndiyini bildirib.
Hökumət başçısı qeyd edir ki, Niko Lekişvilinin Tbilisinin və bütün Gürcüstanın inkişafına xüsusi töhfəsi olub.
“Cənab Niko Lekişvilinin vəfatı məni çox kədərləndirdi. Cənab Niko ölkəmizə müstəsna sədaqət və peşəkarlıqla xidmət etmiş, Tbilisinin və bütün Gürcüstanın inkişafına xüsusi töhfə vermişdir.
Ailəsinə, yaxınlarına və bütün cəmiyyətə başsağlığı verirəm”, – deyə baş nazirin başsağlığında deyilir.