İrakli Kobaxidze - Nika Qvaramia və Nika Melianın daxili dava-dalaşı heç kimə maraqlı deyil, hamı bilir ki, bu siyasi subyektin seçki səddini keçmək şansı yoxdur
İrakli Kobaxidze - Nika Qvaramia və Nika Melianın daxili dava-dalaşı heç kimə maraqlı deyil, hamı bilir ki, bu siyasi subyektin seçki səddini keçmək şansı yoxdur

 
Nika Qvaramia və Nika Melianın daxili dava-dalaşı heç kimə maraqlı deyil- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, bir və ya iki faizlik partiyanın iki liderinin baş nazir postunu aralarında bölüşə bilməməsi gülüş doğurucudur.

“Bütün bunların hamısı onların işidir. Hamı bilir ki, bu siyasi subyektin seçki səddini keçmək şansı yoxdur. Müvafiq olaraq hesab edirəm ki, onların daxili dava-dalaşı heç kimə maraqlı deyil”- Kobaxidze açıqlayıb.