İrakli Kobaxidze - nə seçki baryerinin, nə Saakaşvili məsələsinin, nə də Bidzina İvanişvilinin siyasətə qayıtmasının Avropa Komissiyasının rəyində yer alan 12 bəndlə heç bir əlaqəsi yoxdur
İrakli Kobaxidze - nə seçki baryerinin, nə Saakaşvili məsələsinin, nə də Bidzina İvanişvilinin siyasətə qayıtmasının Avropa Komissiyasının rəyində yer alan 12 bəndlə heç bir əlaqəsi yoxdur

 

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze “Qirçi” və “Vətəndaşlar” tərəfindən yayılan məktubun məzmununun anlaşılmaz olduğunu bildirir.

Kobaxidzenin də qeyd etdiyi üzrə, məktubun məzmununun Avropa Komissiyası tərəfindən verilmiş 12 bəndin icrası ilə əlaqəsi yoxdur.

“Real olaraq, nə seçki baryerinin, nə Saakaşvili məsələsinin, nə də Bidzina İvanişvilinin siyasətə qayıtmasının Avropa Komissiyasının rəyində yer alan 12 bəndlə heç bir əlaqəsi yoxdur, bundan irəli gələrək, bu məktubun məzmunu bizim üçün anlaşılmazdır. 12 bəndin icrası ilə bağlı bütün mövzular üzrə müzakirələrimiz var və biz bu plan əsasında işləməyə davam edəcəyik”-deyə Kobaxidze bildirib.

Parlamentin üzvləri Levan İoseliani, İaqo Xviçia, Vaxtanq Meqrelişvili, Aleko Elisaşvili, Herman Sabo və Aleksandre Rakviaşvili bəyanat yayırlar. Avropa İttifaqına namizəd ölkə statusu almaq və qütbləşməyə son qoymaq üçün deputatlar üç addımdan bəhs edirlər.