İrakli Kobaxidze NDI-ın seçkiqabağı beynəlxalq müşahidə missiyasının nümayəndələri ilə görüşüb
İrakli Kobaxidze NDI-ın seçkiqabağı beynəlxalq müşahidə missiyasının nümayəndələri ilə görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze NDI-ın seçkiqabağı beynəlxalq müşahidə missiyasının nümayəndələri ilə görüşüb.

Hökumət Administrasiyasının yaydığı məlumat üzrə, görüşdə 2024-cü ilin parlament seçkilərinə hazırlıq prosesinə diqqət yetirilib. Məlumatda, ölkədə seçkiqabağı mühit və gözləntilərin müzakirə edildiyi deyilir.

“Bu baxımdan həyata keçirilən mühüm islahatlara toxunulub. Qeyd olunub ki, bu il ilk dəfə olaraq seçkilər elektron qaydada keçiriləcək, bu da o deməkdir ki, səsvermə, səslərin hesablanması və seçicilərin qeydiyyatı elektron qaydada həyata keçiriləcək. İrakli Kobaxidze vurğulayıb ki, seçki islahatları ATƏT/DTİHB və Venesiya Komissiyasının tövsiyələri əsasında həyata keçirilib. Gürcüstanın Baş naziri bildirib ki, hökumət seçkilərin azad və ədalətli şəraitdə keçirilməsi və çox geniş müşahidənin təmin edilməsi üçün hər şeyi edəcək. Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan və NDI arasında mövcud tərəfdaşlığın əhəmiyyəti və gələcək əməkdaşlığın perspektivlərinə də diqqət yetirilib” – məlumatda deyilir.