“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze “Milli-Demokratiya İnstitutu”nun (NDİ) prezidenti Derek Mitchellə görüşüb.
“Gürcü Arzusu” partiyasının mətbuat xidməti tərəfindən yayılmış məlumatda görüşdə Gürcüstanda cari proseslərin müzakirə edildiyi deyilir. Görüşdə həmçinin NDİ ilə gələcək əməkdaşlıqdan da bəhs edilib.