Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstanın Avro-Atlantik inteqrasiyası, NATO-Gürcüstan münasibətlərinin gündəliyi və gələcək əməkdaşlıq perspektivlərinə toxunulub.
Qeyd olunub ki, NATO-ya inteqrasiya Gürcüstanın NATO-ya üzv olmaq istəyən ölkə kimi xarici siyasət prioritetidir və bu, ölkənin konstitusiyası ilə təsdiqlənir.
Qara dənizin təhlükəsizlik məsələlərinə və ümumi Avro-Atlantik təhlükəsizliyin təmin edilməsində Qara dəniz regionunun sabitliyinin vacibliyinə diqqət yetirilib.
Baş nazir NATO-nun baş katibinə alyansa inteqrasiya yolunda göstərdiyi dəstəyə və şəxsi səylərinə, həmçinin Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və tanınmama siyasətinə verdiyi güclü dəstəyə görə təşəkkür edib.
Hökumət Administrasiyasında keçirilən görüşdə NATO baş katibinin şəxsi ofisinin direktorunun birinci müavini Lorents Meier-Minemann, NATO baş katibinin siyasi işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina, NATO-nun mətbuat katibi vəzifəsinin icraçısı Dilan Uayt, NATO baş katibinin şəxsi ofisinin direktor müavini İnqa Veqner, NATO-nun Əlaqələndirici Bürosunun rəhbəri Aleksandr Vinikov, Gürcüstanın Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Departamentinin nümayəndəsi Stiven Elqersma iştirak edib.
Gürcüstan tərəfdən görüşdə vitse baş nazir, Gürcüstanın müdafiə naziri İrakli Çikovani, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və Gürcüstanın NATO-dakı səfiri Viktor Dolidze iştirak ediblər.